Topaz
Premyer Liqasının 16-cı turunun açılış oyununda “Qəbələ” doğma meydanda “Simurq”la
qarşılaşdı. Daniel Subotiçin dublu sayəsində son dəqiqədə 3 xalı qazanan “Qəbələ” turnir cədvəlində müvəqqəti də olsa ilk pilləyə yüksəldi – 2:1.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Baxımlı oyun izlədik. İkinci hissənin
əvvəlində qapımızda qol gördük. Bundan sonra futbolçularımız təzyiqi artırdı. Rəqib
futbolçunun öz qapısına vurduğu qolla olsa belə, hesabı bərabərləşdirdik. Son
saniyələrdə buraxdığımız qol isə məğlub olmağımıza səbəb oldu”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Oyun iki fərqli hissədən ibarət idi. İlk hissəni
çox pis oynadıq. Fasilədə komandaya iradımı bildirdim. İkinci hissədə isə
komandanın oyunu tamam dəyişdi. Hücumlar qurduq, daha aqressiv oynadıq, layiqli qələbə qazandıq. “Simurq”
çətin rəqibdir, müdafiədə yaxşı oynayır. Əbəs yerə deyil ki, digər komandalardan daha
az top buraxıb. Bu komandaya qol vurmaq çox çətindir”.
|