Azərbaycan kubokunun 1/8
finalında “Xəzər Lənkəran” öz meydanında “Neftçala” klubu ilə qarşılaşdı. Rəqibini
4-0 hesabı ilə məğlub edən cənublular yeni baş məşqçi Mustafa Denizliyə ilk
oyununda qələbə qazandırdılar.
Bəhram Şahquliyev, “Neftçala”
klubunun baş məşqçisi: “Rəqibimiz bizdən hər cəhətdə üstün idi. Yeni baş məşqçiyə
ilk oyunda özlərini göstərmək üçün çalışdılar. Bütün bunlara baxmayaraq,
komandadan razı qaldım. İkinci hissədə oyuna uyğunlaşa bildik, qol buraxmadıq. “Xəzər
Lənkəran”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Mustafa Dənizli, “Xəzər Lənkəran”
klubunun baş məşqçisi: “Bu, mənim ilk matçım olduğundan qələbə qazanmaq vacib idi. Komandanın nəyə qadir olduğunu bilmirəm. Bu
qələbə ilə uğursuzluğa son qoyduq. Komandama inanıram, qarşıda çox işlərimiz
var, komandanın Premyer Liqadakı mövqeyini yaxşılaşdırmağa çalışacağıq. İlk dövrə
bitənə kimi vəziyyətimizi yaxşılaşdırmalıyıq”.
|