Azərbaycan kubokunun 1/8
final mərhələsində “Kəpəz”lə qarşılaşan “Neftçi” rəqibini minimal hesabla məğlub
edərək 1/4 finala vəsiqə qazandı – 1:0.
Nazim Süleymanov, “Neftçi”
klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Oyundan əvvəl cütün favoriti sayılırdıq,
rəqibin Divizion təmsilçisi olması da komandada arxayınlıq yaratmışdı. “Kəpəz”
1-ci dəstədə olmasına baxmayaraq, böyük tarixə malikdir. Kubok bir oyundan ibarətdir,
bu cür oyunlara ciddi yanaşmaq lazımdır”.
Azər Məmmədov, “Kəpəz” klubunun məşqçisi: “Xoş sözlərə görə təşəkkür edirəm. Reallıq
odur ki, mənim üçün belə, bugünkü oyunda favorit “Neftçi” idi. Komandalarımız
bir-birinə əzəli rəqib olub, sağlam rəqabət aparmışıq. Əvvəlki illərdə
komandalarımız arasındakı oyunlar derbi kimi sayılırdı. İndi vəziyyət ö cür olmasa
da, komandaya var gücü ilə oynamağı, futbolçulara öz bacarıqlarını göstərməyi tapşırmışdım.
Oyuna görə komandaya minnətdaram. Rəqibi qələbə ilə təbrik edirəm. İnanıram ki,
kuboku “Neftçi” qazanacaq”.
|