Azərbaycan kubokunun 1/8
finalında AZAL-la qarşılaşan “Qarabağ” ilk hissəsi qolsuz başa çatan oyunun
taleyini ikinci hissədə həll etdi. Əvəzetmədən oyuna daxil olan Reynaldonun
vurduğu yeganə qol Ağdam təmsilçisinə 1/4 finala vəsiqəni təmin etdi – 1:0.
Vaqif Sadıqov, AZAL
klubunun baş məşqçisi: “Qalib gəlmək üçün oynayırdıq. “Qarabağ” səviyyəli
komandadır. Azlıqda qalana qədər çox yaxşı oynadıq. Fikrimcə, oyunçumuz
simulyasiya etməmişdi. Hər yıxılma epizoduna simulyasiya demək olmaz”.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “AZAL güclü komandadır, çətin oyun oldu. Sona yaxın
Reynaldonun baxımlı qolu ilə qələbə qazandıq. AZAL-a qarşıdakı çempionat
oyunlarında uğurlar arzulayıram. Əgər vurulan qol ləğv edilmirsə, cəzalanan
futbolçu bağışlanmamalıdır. Flavinyo ilə bağlı qərarı eşidəndə təəccüblənmədim,
çünki, bunu gözləyirdim”.
|