Azərbaycan kubokunun 1/8
final mərhələsində doğma meydanda Zaqatalanın “Simurq” klubu ilə qarşılaşan “Araz
Naxçıvan” rəqibini oyunsonrası penaltilərlə məğlub edərək 1/4 finala yüksəldi.
İqor Getman, “Simurq”
klubunun məşqçisi: “Çətin oyun olacağını gözləyirdik. Oyun haqqında danışmaq
istəmirəm. Rəqibi təbrik edirəm, gələcəkdə uğurlar arzulayıram”.
Əsgər Abdullayev, “Araz Naxçıvan”
klubunun baş məşqçisi: “Rəqib Premyer Liqada “Qarabağ”dan sonra ən az top
buraxan komandadır. Oyunun penaltilər seriyasına gedəcəyini düşünərək ciddi hazırlaşmışdıq.
Çətin oyun oldu. “Simurq”a qarşıdakı oyunlarında uğurlar arzulayıram”.
|