Azərbaycan kuboku
1/8 final mərhələsinin oyunları çərçivəsində “Bakı” klubu “Sumqayıt” klubu ilə
qarşılaşdı. Aqil Məmmədovun yetirmələrini 2-1 hesabı ilə məğlub edən paytaxt təmsilçiləri
¼ final mərhələsində “Rəvan” klubu ilə qarşılaşacaq.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Çətin
oyun oldu, komandadan narazı deyiləm. Çünki “Neftçi” ilə oyundan qaynaqlanan
yorğunluq hiss edilirdi. Həmin oyunda bütün güclərini sərf etmişdilər”.
Milinko Pantiç, “Bakı”
klubunun baş məşqçisi: “Çətin oyun olmasına
baxmayaraq üstün tərəf biz idik. Oyunçularımdan razıyam, o zaman narazı olardım
ki, hücum olmazdı, üstün oynamazlardı. Ən azından arxayınam ki, qışdan sonra da
oynayacağıq. Birinci qol onların səhvi olsa da, ikinci qolu yenə də vurduq. Qələbə
münasibətilə komandamı təbrik edirəm”.
|