Azərbaycan
kuboku 1/8 final mərhələsində “Mil-Muğan” klubu “Qəbələ” klubu ilə qarşılaşdı.
Rəqibini 2-1 hesabı ilə məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı.
Mətləb Məmmədov, “Mil-Muğan” klubunun baş məşqçisi:
“Bildiyiniz
kimi Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bugünkü hesabın böyük olmamağına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə almağı
da təsir elədi. Bəlkə də qırmızı vərəqə almasa idi, oynamaq olardı, amma mən
yenə də öz komandama çox sağ ol deyirəm. “Qəbələ” komandasına da gələcək
oyunlarda uğurlar arzu edirəm”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Mən onu deyə bilərəm ki, oyun nəticəsi bizim
xeyrimizə olsa da, mən oyunun gedişatından heç də razı qalmadım. Komanda heyətimizdə
gənc oyunçular çox idi. Lorenzo Ebesilio dəyişdikdən sonra elə bil ki, hər şey
məhv oldu, sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı da çempionat
oyunlarında analiz etməmişdik”.
|