Əvəzedici heyətlərin çempionatında ikinci dövərinin sonuna 3 tur qalmış qış
çempionu müəyyənləşib. 15-ci turda qazandığı qələbə ilə xal hesabını 37-yə
çatdıran “İnter” 2013-cü ili 1-ci pillədə başa vuracağını rəsmiləşdirib.
Paytaxt təmsilçisinə çempionatın yarısını zirvədə tamamlamağa heç bir klub mane
ola bilməz. Çünki, “İnter” artıq izləyiciləri üçün əlçatmazdır. Düzdür, 2-3-cü
yerlərdə qərarlaşan “Simurq”la “Qəbələ” bütün görüşlərdə qalib gəlməklə bakılılara
çata bilər. Amma paytaxt təmsilçisi hər 2 izləyici ilə şəxsi oyunlarda qələbələri
sıralayıb. Bu üzdən “İnter” 2-ci dövrəni də lider kimi başa vuracaq.
|