Ötən həftə keçirilən 15-ci turun oyunlarından sonra Topaz
Premyer Liqasının lideri dəyişib. Ardıcıl 6 tur zirvədə qalan “Qarabağ” bu
mövqeni qarşıdakı – 16-cı turda üz-üzə gələcəyi “Neftçi”yə təhvil verib. 15-ci
turdan sonra çempionatın vahid lideri olan bakılılar isə mövsümdə 2-ci dəfə ilk
pilləyə yüksəlib.
Son 3 mövsümdə çempion olan “ağ-qaralar” yalnız ilk turdan sonra – top fərqinə
görə digərlərini qabaqlayaraq liderliyə yüksəlmişdi. Bundan sonrakı 13 turda
“Neftçi” bir neçə dəfə liderə şərik olsa da, əlavə göstəricilər onların 1-ci
olmasına imkan verməmişdi. Bu 13 turdan 10-da “Qarabağ”, 2-də “Qəbələ”,
1-də isə AZAL 1-ci pillədə qərarlaşmışdı.
|