Ağdamın “Qarabağ” klubu tarixinin rekorduna imza atıb.
Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər
matçında xal qazanıb. Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar
sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a
məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər
matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94
mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər
oyununda uduzmamışdı.
12.03.2013
|
Simurq (Zaqatala) - Qarabağ (Ağdam)
|
1:0
|
07.04.2013
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
1:2
|
21.04.2013
|
Bakı - Qarabağ (Ağdam)
|
0:1
|
28.04.2013
|
Qəbələ - Qarabağ (Ağdam)
|
0:2
|
09.05.2013
|
İnter (Bakı) - Qarabağ (Ağdam)
|
0:0
|
04.08.2013
|
İnter (Bakı) - Qarabağ (Ağdam)
|
1:2
|
25.08.2013
|
Qəbələ - Qarabağ (Ağdam)
|
0:1
|
13.09.2013
|
Rəvan (Bakı) - Qarabağ (Ağdam)
|
1:1
|
28.09.2013
|
Neftçi (Bakı) - Qarabağ (Ağdam)
|
0:0
|
20.10.2013
|
Sumqayıt - Qarabağ (Ağdam)
|
0:3
|
27.10.2013
|
Xəzər Lənkəran - Qarabağ (Ağdam)
|
0:3
|
09.11.2013
|
AZAL (Bakı) - Qarabağ (Ağdam)
|
1:1
|
30.11.2013
|
Simurq (Zaqatala) - Qarabağ (Ağdam)
|
0:0
|
Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur.
Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in
19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu
siyahıda 8-ci yerdədir.
|