Topaz Premyer Liqasının 15-ci turunda “Neftçi” səfərdə “Sumqayıt”la
qarşılaşdı. Rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində
vahid liderliyi ələ keçirdi.
Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Hava şəraiti
pis olsa da, qələbə qazana bildik. Turnir cədvəlində layiqli yerimizi tutduq.
Komandaya təşəkkür edirəm”.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Maraqlı
oyun oldu. “Neftçi” həmişə çempionluğa oynayan komandadır. Biz də bu gün yaxşı
oynadıq, komandadan razı qaldım. Fikrimcə, “Neftçi”nin qapısına 11 metrlik cərimə
zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş
hakim penalti vermədi”.
|