Topaz
Premyer Liqasının 15-ci turuna “Rəvan” – “Qəbələ” oyunu ilə start verildi.
Yannik Kamananın yeganə qolu ilə Bakı səfərində 3 xal qazanan “Qəbələ” turnir cədvəlində
“Qarabağ”ın liderliyinə şərik oldu – 1:0.
Yuri Syomin,
“Qəbələ” klubunun baş məşqçisi: “İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən
razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu. İkinci hissədə
daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik. Ötürmələrdə tələsirdik,
bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də
çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı.
Assis çoxdandır ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız
olması oyunda özünü göstərdi”.
Şahin
Diniyev, “Rəvan” klubunun baş məşqçisi: “Həm sürətli, həm də aqressiv futbol
izlədik. Fikrimcə, komandam son turların ən yaxşı oyununu göstərdi. Heyətimizdə
oyunun gedişini dəyişəcək oyunçu yoxdur. Kamananın yüksək ustalıq səviyyəsi oyunun
taleyini həll etdi. Hakimlik də yüksək səviyyədə idi. Yuri Syominlə aramızda
mübahisə olmadı. Sadəcə bildirdim ki, oyunda hakim var, o, hər şeyi görür,
bizim müdaxilə etməyimiz düzgün deyil”.
|