Topaz
Premyer Liqasında 14-cü turun rəmzi komandası məlumdur. InStat Football şirkətinin
Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi
komandasını aşağıdakı futbolçular təşkil edib:
qapıçı
– Lukaş Sapela (Rəvan);
müdafiəçilər
– Arif Daşdəmirov (İnter), Brüs Abdulaye (İnter), İvan Benitez (İnter), Ruslan
Əmircanov (İnter);
yarımmüdafiəçilər
– Vaqif Cavadov (İnter), Abdulla Abatsiyev (İnter), Çumbinyo (Qarabağ),
Aleksandr İaşvili (İnter);
hücumçular
– Sezar Meza Kolli (İnter), Rauf Əliyev (Bakı).
Ən
çox qayda pozan oyunçu Sezar Meza Kolli (İnter), qayda pozuntusuna ən çox məruz
qalan isə Draqan Çerandır (Simurq). Xuan Fransisko (AZAL) rəqibindən ən çox top
alan futbolçudur. Hava mübarizələrində Brüs Abdulaye (İnter), ötürmələrdə isə Rəşad
Sadiqov (Neftçi) fərqlənib.
Turun
ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı futbolçusu Aleksandr İaşvilidir.
|