Topaz
Premyer Liqasının 14-cü turunda “İnter” doğma meydanda “Neftçi” ilə qarşılaşdı.
Vaqif Cavadovun dubl etdiyi qarşılaşmada rəqibini məğlub edən “İnter” turnir cədvəlində
5-ci pilləyə yüksəldi – 3:1.
Nazim
Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “İlk hissədə zəif oynadıq. İkinci
hissəyə pis başlamamışdıq. Komandadan narazı qaldım, hesab da bunu göstərir. Bəzi
futbolçuların diqqətsizliyi nəticəsində qapımızda qollar gördük. Məşqçi kimi mənim
də səhvlərim oldu. Bunların üzərində işləyəcəyik. Bir futbolçunun səhvi bütün
komandanın oyununa təsir edir. Daha diqqətli oynamaq lazımdır. Hakimliklə bağlı
danışmaq istəmirəm. Bu barədə rəhbərlik danışsa yaxşı olar”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Uyğun heyəti tapdıq, oyuna aqressiv
başladıq. Rəqibə öz oyununu göstərməyə imkan vermədik. Fikrimcə, bu mövsüm ən
yaxşı oyunumuzu göstərdik. Lakin eyforiyaya qapılmaq lazım deyil. Bu gün
maksimum güclə oynamalı idik ki, potensialımızı bilək. Oyun göstərdi ki, “Neftçi”
və “Qarabağ” kimi güclü rəqiblərə qarşı oynaya bilərik. Təqvim oyunlarından
biri idi, arxayınlaşmaq olmaz. Etiraf etmək lazımdır ki, bu gün “İnter” daha
güclü idi. Çempionluq uğrunda mübarizə çətin olacaq. Mükafatlar uğrunda vuruşacağıq”.
|