Topaz
Premyer Liqasının 14-cü turunda “Qəbələ” öz meydanında AZAL-la qarşılaşdı. Gərgin
idman mübarizəsində keçən oyunun taleyini “Qəbələ”nin braziliyalı futbolçusu Leonardonun
ikinci hissədə vurduğu yeganə qol həll etdi – 1:0.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Lider komandaya qarşı mübarizə apardıq. Maraqlı
oyun oldu. Məğlub olsaq da, komanda oyunu oynadıq. “Qəbələ” hücum futbolu
oynadı, qalib gəldi. Xal qazana bilməsək də, komandamdan razı
qaldım”.
Yuri Syomin,
“Qəbələ” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Meydançanın da vəziyyəti
yaxşı idi. Hər iki komanda hücumlar təşil
etdi. Leonardonun 72-ci dəqiqədə vurduğu gözəl qol bizə qələbə qazandırdı”.
|