![](uploads/neftciqarabagyubiley.jpg) Unibank Premyer Liqasının XXV turu Azərbaycan çempionatının nəhəngləri - “Neftçi”
və “Qarabağ” üçün yubileylə əlamətdar olacaq. Ölkə birinciliklərinin hamısının
iştirakçısı olan 3 komandadan ikisi özləri üçün yubiley matçına çıxacaqlar.
İndiyədək Premyer Liqada hamıdan çox – 549 matç keçirən “Neftçi” və “Qarabağ”
550-ci çempionat matçında qüvvəsini sınayacaq.
Hər 2 komanda yubiley oyununda prinsipial qarşılaşmaya çıxır. “Neftçi” “Xəzər Lənkəran”la
“Böyük oyun”da, “Qarabağ” isə “Bakı” ilə çətin səfər oyununda yubiley qeyd edəcək.
Maraqlıdır ki, hər 2 komanda indiyədək hesabında olan 59 qarşılaşmadan 21-də
texniki nəticə ilə kifayətlənib. Komandaların nəticələrinə gəlincə isə “Neftçi”
“Qarabağ”dan daha uğurlu çıxış edib. Bakılılar 335, ağdamlılar 290 qələbə
qazanıb. “Neftçi” 121, “Qarabağ” 127 heç-heçə edib. Paytaxt təmsilçisi cəmi 93
dəfə uduzubsa əyalət klubu 132 dəfə xalsız qalıb.
mövsüm | “Neftçi” | “Qarabağ” | 1992 | 36 (I mərhələ - 24, II mərhələ - 12) | 36 (I mərhələ - 24, II mərhələ - 12) | 1993 | 18 | 20 (əsas mərhələ - 18, pley-off – 2) | 1993/94 | 30 | 30 | 1994/95 | 24 | 24 | 1995/96 | 30 (I mərhələ - 20, II mərhələ - 10) | 30 (I mərhələ - 20, II mərhələ - 10) | 1996/97 | 30 | 30 | 1997/98 | 26 | 26 | 1998/99 | 36 (I mərhələ - 26, II mərhələ - 10) | 36 (I mərhələ - 26, II mərhələ - 10) | 1999/2000 | 22 | 22 | 2000/01 | 21 (əsas mərhələ - 20, Qızıl oyun - 1) | 20 | 2001/02 | 25 (I mərhələ - 22, II mərhələ - 3) | 25 (I mərhələ - 22, II mərhələ - 3) | 2003/04 | 26 | 26 | 2004/05 | 35 (əsas mərhələ - 34, Qızıl oyun – 1) | 34 | 2005/06 | 26 | 26 | 2006/07 | 24 | 24 | 2007/08 | 26 | 26 | 2008/09 | 26 | 26 | 2009/10 | 32 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10) | 32 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10) | 2010/11 | 32 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10) | 32 (təsnifat mərhələsi – 22, final mərhələsi - 10) | 2011/12 | 24 (təsnifat mərhələsi – 22, final mərhələsi - 2) | 24 (təsnifat mərhələsi – 22, final mərhələsi - 2) | Cəmi | 549 | 549 |
|