![](http://www.pfl.az/uploads/pfl.jpg) “Simurq” klubu PFL-ə müraciət edərək ev
oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda infrastruktur işlərinin tam
yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının 13-cü turunun “Simurq”
– “İnter” oyununun “Şəfa” stadionunda, üçüncü dövrənin matçının isə Zaqatala şəhər
stadionunda keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Bu səbəbdən və “İnter”
klubunun razılıq məktubunu nəzərə alaraq
ƏMR EDİRƏM:
1. Topaz Premyer Liqasının 13-cü turunun “İnter”
– “Simurq” matçı 09 noyabr 2013-cü il tarixində “Şəfa” stadionunda, 21-ci
turunun “Simurq” – “İnter” matçı Zaqatala şəhər stadionunda keçirilsin.
2. Topaz Premyer Liqasının 13 turunda meydan
sahibi kimi “İnter”, 21-ci turun meydan sahibi kimi “Simurq” klubu təsdiqlənsin.
PFL-in prezidenti Ramin
Musayev
|