![](uploads/gelashvlithebest12.jpg) Topaz Premyer Liqasında 12-ci turun rəmzi komandası
və ən yaxşı oyunçusu məlumdur. InStat Football şirkətinin Peşəkar Futbol
Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən ötən turun ən yaxşı
11-liyinə aşağıdakı futbolçular daxil olub:
Qapıçı: Saşa Stamenkoviç (Neftçi)
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), İqor Mitreski
(Neftçi), Mahir Şükürov (Neftçi) Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Rəşad Sadiqov (Neftçi), Sadio
Tounkara (Xəzər Lənkəran), Flavinyo (Neftçi) Hücumçular: Nikolas Gelaşvili (Qarabağ), Rauf Əliyev (Bakı)
Topa sahib olmada və dəqiq ötürmələrin
sayında paytaxtın “İnter” klubu fərqlənib – 36 dəqiqə. Hücumların sürətinə görə
isə Zaqatalanın “Simurq” və Ağdamın “Qarabağ” klubları öndədir. Hücum sayına
görə “Bakı” klubu ilk pillədədir. “İnter” və “Xəzər Lənkəran” rəqib qapısına
hamıdan çox – 16 zərbə endirib.
“Sumqayıt” klubunun futbolçuları bu tur 6 dəfə
oyundan kənar vəziyyətə düşüb. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Xəzər
Lənkəran”dır.
“Qəbələ” ilə oyunda iki qol vuran və bir qol
ötürməsi edən Nikolas Gelaşvili Topaz Premyer Liqasında 12-ci turun ən yaxşı
oyunçusudur. Onun komanda yoldaşı Riçard Almeyda ən çox dəqiq ötürmə edən
futbolçudur. “Qəbələ”nin hücumçusu Daniel Subotiç hava mübarizələrində hamıdan
uğurlu olub. TPL, 12-ci turun statistikası
|