![](uploads/neftchi400.jpg) “Neftçi” ölkə
çempionatları tarixində 400-cü qolu buraxıb. Topaz Premyer Liqasının 12-ci
turunda bakılıların qapısına qol vuran Etame Mbilla “ağ-qaralar”ı məyus edən
yubiley qolunun müəllifi olub. “Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbəyədək
600 çempionat qarşılaşmasında “Neftçi” 399 qol buraxmışdı.
Qeyd edək ki, paytaxt təmsilçisi
400 qol buraxdığı oyunlarda 1108 dəfə rəqib qapısına yol tapıb.
1-ci qol 10.05.1992 Elxan Rəsulov
(Şirvan, Şamaxı)
100-cü qol 16.04.1997. Elçin Rəhmanov
(U-18)
200-cü qol 26.10.2003. Mikayıl
Namazov (Xəzər Universiteti)
300-cü qol 22.11.2009. Robertas
Poşkus (İnter)
400-cü qol 02.11.2013. Etame Mbilla
(Xəzər Lənkəran)
|