![](uploads/tplyenirekord.jpg) Topaz Premyer Liqasında
mövsümün yeni rekordu qeydə alınıb. Çempionatın 12-ci turunda qapılara
ümumilikdə 22 qol vurulub. Belə ki, azarkeşlər “Bakı” – “Simurq”, “İnter” – “Rəvan”
və “Neftçi” – “Xəzər Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik edib. Bu
matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınıb. Hər 3 görüşdə
meydan sahibləri qalib gəlib. “Sumqayıt” – AZAL oyunu qolsuz bitdiyi turun son
görüşü daha məhsuldar alınıb. “Qarabağ” “Qəbələ”ni məğlub edib – 4:3. Bununla
da 16 qolun vurulduğu 6-cı turun rekordu qırılıb.
Bu tur orta məhsuldarlıq
4,40-a bərabər oldu. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/09
mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/10
mövsümümün 6-cı, 2012/13 mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu.
İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşib.
Tur
|
Qol sayı
|
1
|
15
|
2
|
14
|
3
|
14
|
4
|
11
|
5
|
10
|
6
|
16
|
7
|
11
|
8
|
2
|
9
|
12
|
10
|
14
|
11
|
7
|
12
|
22
|
Cəmi:
|
148
|
|