![](uploads/enqolluoyun.jpg) Topaz Premyer Liqasının
12-ci turunun “Qarabağ” - “Qəbələ” görüşü rekordla əlamətdar olub. Belə ki, bu
matçda qapılara 7 qol vurulub. Bu isə mövsümün rekordudur. Ağdamlıların 4:3
hesabı ilə qalib gəldiyi oyunadək rekord 6 qola bərabər idi. 5:1 hesabının qeydə
alındığı 2 görüşdə bu qədər qol vurulmuşdu. Avqustun 11-də “Qarabağ”
“Sumqayıt”ı, 25-də isə “İnter” “Rəvan”ı həmin hesabla udmuşdu.
|