![](uploads/ferhadseriya.jpg) “Qarabağ”ın qapıçısı Fərhad
Vəliyevin quru seriyası qırılıb. Ardıcıl 5 matçdır qol buraxmayan qolkiper
Topaz Premyer Liqasının XII turunun “Qəbələ” ilə görüşündə 3 qol buraxıb. Vəliyevin
seriyasını 72-ci dəqiqədə Lorenso Ebesilio qırıb. Sonuncu dəfə VI turun “Rəvan”la
səfər oyununda qol buraxan qapıçını həmin qarşılaşmanın 20-ci dəqiqəsində
Sebastyan Kastro-Tello məyus etmişdi. Fərhadın quru seriyası 592 dəqiqə sürüb və
qapıçı mövsümün rekorduna imza atıb.
Dünyanın ən uzun quru
seriyalarının yer aldığı IFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları
Federasiyası) siyahısına düşmək üçün Vəliyevin 68 dəqiqəsi çatmadı. Belə ki,
daha 1 saat 8 dəqiqə qapısını toxunulmaz saxlayacağı halda o, 660 dəqiqə səddini
fəth edənlərin sırasına qoşulacaqdı.
|