![](uploads/neftciyeni.jpg) Topaz Premyer Liqasının 12-ci turunda “Neftçi”
“Xəzər Lənkəran”ı qəbul etdi. Mövsümün sayca 3-cü “Böyük oyun”unda üz-üzə gələn rəqibilərin
duelində “Neftçi” qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi – 4:1.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi:
“Bu gün kişilər yeniyetmələrə qarşı oynadılar, hesabın ədalətli olduğunu
düşünürəm. Qapımızdan ilk qolu buraxdıqdan sonra Zohair Benuahinin qol imkanı
oldu, lakin qapıya zərbə endirmək əvəzinə nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı
ilə təkbətək çıxırsa, özü qol vurmalıdır. Mənə “Neftçi”nin ilk qolu oyundan kənar
vəziyyətdən vurduğunu dedilər. Bu cür nəticələrlə I Diviziona düşməsək
yaxşıdır. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq
lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura
bilmiriksə, nə deyim? Rasim Ramaldanov milli komanda üzvüdür, 11 metrlik cərimə
zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə
qayda pozuntusuna yol verdi”.
Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Komandam bu gün yaxşı
oynadı. Meydanda səhvlərimiz oldu, qol buraxdığımız üçün təəssüflənirəm. İlk qələbəmi
“Xəzər Lənkəran” üzərində qazandığım üçün şadam. Premyer Liqa uzun marafon kimidir,
çalışacağıq ki, qarşıdakı oyunlarda da xallar toplayaq və finişdə yaxşı nəticə
göstərək. “Xəzər Lənkəran” çempionatımızın yaxşı komandalarından biridir,
onlarda uşaq yoxdur. Mən öz komandamın futbolçularına cavabdehəm. Cavid
İmamverdiyevdən daha yaxşı, daha gözəl oyun gözləyirəm, lakin bu gün ondan istədiyimi
ala bilmədim. Yerli futbolçularımızın hər biri milli komandaya layiqdir. Bunu meydançada
sübut etmək lazımdır”.
![](uploads/55026225276223b37000.jpg)
![](uploads/83429325276223b76d3e.jpg)
![](uploads/50051565276223b91716.jpg)
![](uploads/98995625276223ba7a28.jpg)
![](uploads/88060955276223bbe0f1.jpg)
![](uploads/60787685276223bd43b8.jpg)
![](uploads/15937785276223beb677.jpg)
![](uploads/71270265276223c0df18.jpg)
![](uploads/80350205276223c23df4.jpg)
![](uploads/56463675276223c3bc9d.jpg)
![](uploads/88676565276223c591dd.jpg)
![](uploads/3258865276223c704aa.jpg)
![](uploads/62258765276223c85f8a.jpg)
![](uploads/1646765276223c9edc6.jpg)
![](uploads/14822565276223cb7ffe.jpg)
![](uploads/89808495276223cd9c3e.jpg)
![](uploads/52219135276223d01f7e.jpg)
![](uploads/93705855276223d29670.jpg)
![](uploads/53457015276223d3fd66.jpg)
![](uploads/82993685276223d58f6a.jpg)
![](uploads/73136075276225d889b7.jpg)
![](uploads/41580845276225da59be.jpg)
![](uploads/83970035276225dbc852.jpg)
![](uploads/86267565276225dd920a.jpg)
![](uploads/94177675276225df08d0.jpg)
|