![](uploads/inter.jpg) Topaz Premyer Liqasının 12-ci turunda “İnter” doğma meydanda “Rəvan”a qalib gəldi - 3:2. Şahin
Diniyev, “Rəvan” klubunun baş məşqçisi: komanda yaxşı oynadı. Həm topa nəzarət
etməkdə, həm sürətli hücumlar qurmaqda istədiyimizi edə bilirdik. Müdafiədə
asan qollar buraxırdıq, bu da komandanın uğurlu çıxına maneə olurdu. Bu gün
futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm. Futbolçuların bu günə
olan potensialı, fiziki durumu yaxşı olmasa da son dəqiqələrə qədər mübarizə
apardılar. Komandamla fəxr edirəm, bunu deməyə utanmıram. Qapıçımızın hər üç
qolda səhvləri oldu, qapıçı meydançasında topları götürə bilərdi. Bu cür səhvləri
də aradan qaldırmalıyıq. Qol epizodları yaratdıq, Varea iki dəfə fərqlənə bilərdi.
İkinci hissənin əvvəlində ikinci qolu vursa idik oyun heç-heçə başa çata bilərdi.
Oyunun gedişini dəyişmək üçün ehtiyat qüvvəmiz yoxdur. Bugünkü durumda Sapela
digər qapıçılarımızdan daha güclü olduğu üçün əsas heyətdə meydana çıxır. Aqil Nəbiyev
iki gündür ki, xəstədir, oyundan öncə də sağlıq durumu yaxşı deyildi. Heç nəyə
baxmayaraq, kişi kimi oyuna çıxdı və sona kimi mübarizə apardı”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Oyunun əvvəlinə baxdıqda rahat qələbə
qazanmalı idik. Lakin futbolçular müəyyən qədər diqqəti itirdilər, müdafiədə səhvlər
buraxdıq. Futbol yalnız hücum deyil, müdfiədən də ibarətdir. Qol vurduqdan
sonra taktiki dəyişiklik etdik, müdafiədə stabil oynamağa başladıq. Çox yaxşı
oynadıq, çoxlu qol imkanları yaratdıq. Üç qol vurduq, lakin iki qol buraxdıq. Bu,
2-3 top vurduğumuz oyunda bizim üçün faciədir. Bunun üzərində çalışacağıq. Bugünkü
oyunda qalib gəlmək vacib idi. Bundan sonra yalnız irəli getməliyik”.
|