![](uploads/bakiyeni.jpg) Topaz Premyer Liqasının
12-ci turunun açılış oyununda “Bakı” doğma meydanda Zaqatalanın “Simurq”
klubunu qəbul etdi. Rəqibini 3-2 hesabı ilə məğlub edən paytaxt təmsilçisi üç
oyunluq qələbəsizlik seriyasına son qoydu.
Giorgi Çixradze, “Simurq”
klubunun baş məşqçisi: “Çoxsaylı hücumların şahidi olduq. Top uğrunda gərgin
mübarizə getdi. Heç nədən, adi səhvlərdən qapımızda iki qol gördük. Fikrimcə,
bu oyunda 1 xal qazanmalı idik. Hakimlik barədə nə deyə bilərəm? Allah canını
sağ eləsin, yüz il yaşasın”.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Çox çətin və emosional oyun
oldu. Hesabı açsaq da, qol buraxıb fasiləyə bərabərliklə yollandıq. Amma ikinci
yarıda yetirmələrim qarşılaşmanı öz xeyrimizə dəyişə bildi. Ardıcıl iki heç-heçədən
sonra bu qələbə hava, su kimi lazım idi. Biz məşqçi işi görünən, yaxşı təşkil
olunmuş komandaya qarşı döyüşdük. Bu gün Rauf, Əfran bir daha əsas heyətdə
oynamağa layiq olduğunu isbatladı. Komandam bu qələbədən sonra yüksək əhval-ruhiyyə
ilə “Neftçi” ilə oyuna hazırlaşacaq. “Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu.
Çünki, o, verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi
normaldır. Azərbaycan gələcəkdə ondan faydalana bilər. Neyləyim, Elxanı atım əvəzedici
heyətə, onda nə olacaq? Görüşdən öncə klub prezidenti Hafiz Məmmədovla söhbət
edərkən hakimlər haqqında danışmayacağımı bildirdim. Odur ki, bu haqda mənə
sual verməyin”.
![](uploads/64132035274c5a86181c.jpg)
![](uploads/26815265274c5a88e969.jpg)
![](uploads/34278425274c5a8aa330.jpg)
![](uploads/57096095274c5a8c5cb5.jpg)
![](uploads/90529835274c5a8df2c5.jpg)
![](uploads/2247735274c5a913b30.jpg)
![](uploads/37876935274c5a92ed18.jpg)
![](uploads/36676335274c5a949ebf.jpg)
![](uploads/88717025274c5a9638f1.jpg)
![](uploads/30178315274c5a97becd.jpg)
![](uploads/72422045274c5a994d96.jpg)
![](uploads/31600365274c5a9adfc6.jpg)
![](uploads/10085955274c5a9c7dfe.jpg)
![](uploads/3085235274c5a9e045d.jpg)
![](uploads/64631765274c5aa06047.jpg)
|