![](uploads/araznaxcivan123.jpg) Azərbaycan
kubokunun 1/16 final mərhələsində “Ağsu” komandası ilə qarşılaşan “Araz
Naxçıvan” doğma meydanda keçirdiyi oyunda 1-0 hesabı ilə qalib gəlib. Elmin
Çobanovun 107-ci dəqiqədə vurduğu qələbə qolu Naxçıvan təmsilçisini 1/8 final mərhələsinə
çıxardıb. Növbəti mərhələdə isə komandanın rəqibi Zaqatalanın “Simurq” klubu
olacaq.
Rüfət
Quliyev, “Ağsu” klubunun baş məşqçisi: “”Araz Naxçıvan” klubunu qələbə ilə təbrik
edirəm. Hər iki komanda sona kimi mübarizə apardı. Əlavə vaxtda məğlub olduq.
Komandama mübarizə əzminə görə minnətdaram. Böyük futbolun Naxçıvana yenidən qayıtması
bizi də sevindirir. Burada bizi çox gözəl qarşıladılar. Bizə yaratdığı şəraitə
görə “Araz Naxçıvan” klubuna təşəkkürümü bildirirəm”.
Əsgər
Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Oyunun çətin olacağını
bilirdim, futbolçuları buna hazırlamışdım. Hər iki komanda oyunu ilə azarkeşlərə
bayram əhval-ruhiyyəsi yaşatdı. İlk hissədə biz daha üstün oynadıq, qol
epizodlar; da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı
hücumlar şəraitində keçdi. Qarşıda bizi “Simurq”la daha çətin oyun gözləyr. “Ağsu”
komandası ilə hələ qarşılaşmalarımız var, rəqibimizə uğurlar arzu edirəm”.
|