Azərbaycan Kubokunun ¼ final “Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun 18 №-li futbolçusu Nikolay Svejentsev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).
Unibank Premyer Liqasının XXIV turunun “Simurq” – “Turan” matçının 73-cü dəqiqəsində “Turan” klubunun 3 №-li futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cəzalanır (maddə 48).
Unibank Premyer Liqasının XXIV turunun “Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Qəbələ” matçında hər iki klubun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXIV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasının XXIV turunun “İnter” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə etməyə başlayaraq matçın 3 dəqiqə dayanmasına səbəb olmuşlar. Bu hadisəyə görə “Neftçi” klubu 2000 manat cərimə olunur (maddə 52).
Matçın 77-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Kamal Quliyev texniki zona qaydalarını pozduğu üçün məşqçi 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 63).
Unibank Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “Qarabağ” – “Rəvan” matçının 33-cü dəqiqəsində “Rəvan” klubunun 9 №-li futbolçusu Sergey Çernışev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 37.1).
Oyunun 33-cü dəqiqəsində “Qarabağ” klubunun 20 №-li futbolçusu Eltun Yaqublu rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).
Azərbaycan I divizionunun XXI turunun “Muğan” – “Bakılı” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).