![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 11-ci turunda “Xəzər Lənkəran” doğma meydanda “Qarabağ”ı qəbul
etdi. Rəqibi 3-0 hesabı ilə məğlub edən ağdamlılar turnir cədvəlində vahid
liderliyi ələ keçirdi.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bu cür oyunlar çox olsa futbolumuzun daha tez inkişaf edəcəyini düşünürəm. Oyun yüksək tempdə keçdi. “Xəzər
Lənkəran” məğlub olmasına baxmayaraq, çox yaxşı oyun göstərdi. İnanıram ki,
zaman keçdikcə daha yaxşı yerlərə gələcəklər. Hər iki komanda mübarizə apardı.
Bizim komandada istək daha çox idi”.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çox güclü komandaya məğlub
olduğumuzu düşünürəm. Oyuna görə müqayisə edəndə “Qarabağ” bizdən çox güclüdür”.
|