![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz
Premyer Liqasının 11-ci turunda “Simurq” “Şəfa” stadionunda son çempion “Neftçi”ni
qəbul etdi. Tərəflərin yaratdığı çoxsaylı qol epizodlarına baxmayaraq, oyunda
hesab açılmadı – 0:0.
Nazim
Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Komandamın oyunundan razı qalsam
da, hesab məni qane etmədi. Belə hallar futbolda olur. Yetirmələrimə oyuna görə,
mübarizə əzminə görə təşəkkür edirəm. Çoxlu qol imkanları yaratdıq, lakin
istifadə edə bilmədik. Bu cür qol imkanlarına ciddi yanaşmaq lazımdır”.
Giorgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyun maraqlı alındı. Komandam sona
kimi mübarizə apardı. Oyunun sonlarına yaxın “Neftçi” qapımıza ciddi hücumlar təşkil
etdi. Lakin, buna baxmayaraq, müdafiədə inamlı oynadıq. Çətin oyun oldu,
heç-heçəni yaxşı nəticə hesab edirəm”.
|