![](uploads/inter.jpg) Topaz
Premyer Liqasının 11-ci turunda “İnter” səfərdə AZAL-ın qonağı oldu. Qarşılaşmanın
ilk hissəsi qolsuz heç-heçə ilə başa çatsa da, ikinci hissəsdə Baçana
Sxadadze və Asif Məmmədovun qolları “İnter”ə qələbəni qazandırdı – 2:0.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Bugünkü oyundan da, nəticədən razı
qaldım. “Bakı” ilə oyundan bu yana bizdə müsbətə doğru dəyişiklik var.
Sevindirici haldır ki, futbolçular verilən tapşırıqları yerinə yetirməyə
çalışırlar. AZAL-ın kollektiv ruhu var, bu cür komandaya qarşı oynamaq çox çətindir.
Vaqif Sadıqov yaxşı komanda yaradıb. Bugünkü oyundan bilinirdi ki, biz uğur
qazanacağıq. Komandamı təbrik edirəm”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Çox vacib oyun idi. Oyunçuların fərdi ustalıq
səviyyəsi öz sözünü dedi. Komanda şəklində biz güclüyük. Rəqib hər iki qolu
futbolçuların fərdi ustalığı sayəsində vura bildi. Qapımıza o qədər də çox
hücum olmadı. Hər iki komanda 3 xal üçün mübarizə apardı. Komandam pis təsir
bağışladı. Asif Məmmədovun gözəl qolu rəqibin qələbəsinə möhürünü vurdu. Rəqib
bizim cinahlardan fəallığımızın qarşısını ala bilmişdi”.
|