![](uploads/azkubokyeni.jpg) Bu gün Azərbaycan kuboku uğrunda yarışların 2013/14
mövsümünə start veriləcək. 8 komandanın mübarizə apardığı 1/16 final mərhələsi
ilə başlayacaq yarışın ilk raundunda I divizion təmsilçiləri mübarizə aparacaq.
1/16 finalda qüvvəsini sınayacaq 4 cüt bir matçda qalibi müəyyənləşdirməlidir.
Üz-üzə gələcək 4 cütdən 3-ü kubok tarixində ilk dəfə qarşılaşacaq.
Azərbaycan kuboku, 1/16 final
23 oktyabr (çərşənbə)
MOİK – “Qaradağ Lökbatan”
+1=0-1, top fərqi 2:3
1/16 final cütlərindən yalnız paytaxt derbisi əvvəllər də
baş tutub. 4 il əvvəl indiki kimi komandalar 1/16 finalda üz-üzə gəlib. Həmin
vaxt “Neftçi İSM” adı ilə çıxış edən indiki “Qaradağ Lökbatan” 2 oyunun nəticəsinə
əsasən mərhələ adlayıb.
2009/10
|
1/16 final
|
MOIK (Bakı) – Neftçi İSM (Bakı)
|
2:1, 0:2
|
“Şuşa” – “Şahdağ” İndiyədək görüşməyiblər
“Mil-Muğan” – “Lokomotiv” İndiyədək görüşməyiblər
30 oktyabr (çərşənbə)
“Araz Naxçıvan” – “Ağsu” İndiyədək görüşməyiblər
|