![](uploads/azkubokyeni.jpg) Bu gün Azərbaycan kuboku uğrunda yarışlara start veriləcək.
I Divizionun 8 komandasının qatılacağı 1/16 final mərhələsinin oyunları ilə
sayca 22-ci kubok mövsümü başlayacaq. Bu komandalardan 7-si əvvəllər də ölkə
kubokunda çıxış edib. “Mil-Muğan” isə yeni yarandığından bu yarışın
debütantlarıdır. 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək 145
klub çıxış edib. “Mil-Muğan” klubu da nəzərə alınmaqla iştirakçıların ümumi
sayı 146-ya çatacaq.
1/16 finalın iştirakçılarından ikisi – MOİK və “Şahdağ” isə digər klublarla
müqayisədə zəngin kubok təcrübəsinə malikdir. Onların hər ikisi kubokda keçirdiyi
oyunların sayı ilə seçilir. Belə ki, yarışda ən çox oyun keçirən 10 komanda
sırasında MOİK-lə “Şahdağ”ın da adı var. Lakin bu komandalar çox oynadığı
yarışda ciddi uğur qazanmayıb. Hər 2 komanda üçün ən böyük uğur 1/4 finaldır.
Bakılılar 5, Qusar təmsilçisi isə 2 dəfə bunu bacarıb.
MOİK
|
55
|
15
|
8
|
32
|
47-81
|
53
|
Şahdağ
|
44
|
14
|
6
|
24
|
49-79
|
48
|
Qaradağ Lökbatan
|
10
|
4
|
0
|
6
|
14-18
|
12
|
Şuşa
|
4
|
1
|
0
|
3
|
5-8
|
3
|
Araz Naxçıvan
|
4
|
0
|
1
|
3
|
0-1
|
1
|
Ağsu
|
1
|
0
|
0
|
1
|
1-3
|
0
|
Lokomotiv
|
2
|
0
|
0
|
2
|
0-9
|
0
|
Mil-Muğan
|
0
|
0
|
0
|
0
|
0-0
|
0
|
Qeyd: texniki nəticələr top fərqində nəzərə alınmayıb.
|