![](uploads/eklil1.jpg) Bu gün Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran” və
“Neftçi” klubları arasında oyun keçiriləcək. İbrahimxəlil Axundlu adına
Naxçıvan Muxtar Respublika stadionunda baş tutacaq oyunun başlama saatı 15:00-dır.
Oyundan bir gün öncə isə PFL-in, həmçinin “Xəzər Lənkəran”
və “Neftçi”klublarının nümayəndə heyətləri Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin
abidəsini ziyarət edib, ümummilli liderin abidəsi önünə əklil qoyublar. Ziyarətin
sonunda xatirə şəkli çəkdirilib. ![](http://pfl.az/uploads/InStat Football/2013/nmr/eklil2.jpg)
![](http://pfl.az/uploads/InStat Football/2013/nmr/eklil3.jpg)
![](http://pfl.az/uploads/InStat Football/2013/nmr/eklil4.jpg)
![](http://pfl.az/uploads/InStat Football/2013/nmr/eklil5.jpg)
Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran”
– “Neftçi” oyunu “İdman Azərbaycan” kanalının canlı efirində yayımlanacaq.
|