![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının 10-cu turunda “Qarabağ” Sumqayıtda yerli “Sumqayıt” klubunun
qonağı oldu. Rəqibini 3-0 hesabı ilə məğlub edən ağdamlılar turnir cədvəlində
ilk pilləyə şərik oldular.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “İlk hissədə oyunumuz yaxşı
alınmadı. İkinci hissədə daha yaxşı oynadıq, üç qol vurub qalib gəldik. Daha çox
qol vura bilərdik, qol epizodlarımız oldu. Hava şəraiti də oyunumuza təsirsiz
ötüşmədi. Süni örtüklü olmasına baxmayaraq, meydançanın vəziyyəti yaxşı idi. “Sumqayıt”
klubu stadionda çox yaxşı şərait yaradıb”.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyunun çətin keçəcəyini bilirdik. “Qarabağ”
Azərbaycanın ən güclü komandalarından biridir. 90 dəqiqənin yekununda
komandalar arasındakı səviyyə fərqi göründü. Rəqibin heyətində çox güclü,
ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bu gün buraxdığımız hər üç qolda
müdafiə xəttinin kobud səhvləri oldu. Heyətimizdə Premyer Liqa təcrübəsi olan
futbolçular azdır”.
|