Topaz
Premyer Liqasında son turun rəmzi komandası və ən yaxşı oyunçusu məlumdur.
InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara
əsasən 9-cu turun rəmzi komandasını aşağıdakı futbolçular təşkil edib:
Qapıçı:
Dieqo Kosta (Qəbələ)
Müdafiəçilər:
Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Mahir
Şükürov (Neftçi)
Yarımmüdafiəçilər:
Flavinyo (Neftçi), Riçard Almeyda (Qarabağ), Araz Abdullayev (Neftçi), Marinaldo
Silva “Çumbinyo” (Qarabağ)
Hücumçular:
Junior Nildo (Xəzər Lənkəran), Nikolas Gelaşvili (Qarabağ)
Junior
Nildo rəqib qapısına ən çox zərbə endirən, Riçard Almeyda isə komanda yoldaşlarına ən çox ötürmə verən
futbolçudur. Hava mübarizələrində “Neftçi”nin müdafiəçisi Karlos Kardoso üstün
olub. AZAL-ın futbolçusu Viktor İqbekoyi ən çox top itkisinə yol verən
futbolçudur. Onun komanda yoldaşı Qərib İbrahimov isə tur ərzində ən çox qayda
pozuntusuna yol verib – 6 dəfə.
Turun
ən yaxşı oyunçusu isə “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyodur. Topaz Premyer Liqası, 9-cu turun statistikası
|