Topaz
Premyer Liqasının 9-cu turuna “Qarabağ” – “Bakı” oyunu ilə yekun vuruldu. İlk
hissədə rəqib qapısından 3 cavabsız top keçirən ağdamlılar yekunda 3 xalı
qazanan tərəf oldu – 3:0.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Rəqibi təbrik edirəm, komanda oturuşmuş
heyətə malikdir. Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top
buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik,
Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı,
top qapıdan keçmədi. İkinci hissədəki “Bakı” mən istəyən kimi oynadı. Yeni
qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir”.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim üçün nəticə qazanmaq əsas
idi. Rəqibi topsuz qoyduq. Bir-birindən baxımlı 3 qol vurduq, düşünülmüş
hücumlar təşkil etdik. “Bakı” sürətli futbola üstünlük verir. Rəqib ikinci hissədə
daha yaxşı oynadı, qol epizodları yaratdılar”.
|