Topaz
Premyer Liqasının 9-cu turunda Qəbələyə səfər edən “Neftçi” turnir cədvəlinin
lideri olan “Qəbələ”ni məğlub edərək ilk pilləyə yüksəldi – 2:1.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Hər iki komanda gözəl oyun göstərdi, meydanda
sona kimi gərgin mübarizə getdi. Bura gələndə ötən turlarda “Sumqayıt” və “Qarabağ”la
oyunlarda itirilmiş xalları kompensasiya etməyi düşünürdük. Əsas məqsədimiz qələbə
qazanmaq idi. Komanda bu gün istədiyimiz oyunu göstərdi, futbolçular verilən tapşırıqları
yerinə yetirdilər. Rəqibin ucaboy, fiziki cəhətdən güclü futbolçuları var. “Qəbələ”
bu baxımdan Avropa klubunu xatırladır. Bu cür rəqibə qarşı oynamaq çox çətin
idi. Qələbə qazandığımız üçün şadam”.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Oyuna yaxşı başladıq, ilk 20 dəqiqədə
üstün oynadıq. Sonra isə “Neftçi” oyunda dönüş etdi. Rəqib topa topa daha çox nəzarət
etdi, bəzən bizi topsuz qoydu. Bir sıra ötürmələrdə əsassız səhvlər etdik. Buna
görə də yekunda “Neftçi” qalib gəldi”.
|