İntizam Komitəsinin
bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:
Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “İnter”
matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının VIII turunun “Bakı” – “Sumqayıt” matçında
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000
manat cərimə olunur (maddə 40). Oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə
baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır,
klub 5000 manat cərimə olunur (maddə
42.4).
Oyundan sonra
baş tutan mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov
hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə
olunur (maddə 82.3).
Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Qarabağ” matçında
“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat
cərimə olunur (maddə 40). Oyunun 57-ci dəqiqəsində “Qarabağ” klubunun
azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə
olunur (maddə 52). Oyunun 10 və 59-cu dəqiqələrində “Neftçi” klubunun azarkeşləri
tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunur
(maddə 52).
Topaz Premyer Liqasının VIII turunun “Simurq” – “Qəbələ” matçının
36-cı dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov hakimi təhqir
etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün
futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 42.3).
Əvəzedici heyətlərin VIII turunun “Bakı” – “Sumqayıt”
matçında Bakı klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500
manat cərimə olunur (maddə 40). Əvəzedici heyətlərin VIII turunun “Rəvan” – AZAL oyununun
69-cu dəqiqəsində AZAL klubunun 25 №-li futbolçusu Adil Nağıyev qeyri-idman hərəkətinə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48). Matçın 79-cu dəqiqəsində “Rəvan” klubunun 10 №-li
futbolçusu Hakim İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48). Əvəzedici heyətlərin VIII turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 5, “Simurq”
klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klublar 500 manat cərimə olunur (maddə
40).
Azərbaycan I Divizionun III turunun “Turan-T” – “Karvan” matçında
“Karvan” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100
manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionun III turunun “Lokomotiv” – “Neftçala” matçının
78-ci dəqiqəsində “Lokomotiv” klubunun 18 №-li futbolçusu Kənan Cəfərov
qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionun III turunun “Qaradağ Lökbatan” – “Kəpəz”
matçının 85-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 15 №-li futbolçusu Vüsal
Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). Azərbaycan I Divizionun III turunun “Ağsu” – “Şahdağ” matçında
“Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100
manat cərimə olunur (maddə 40). Oyunun 59-cu dəqiqəsində “Şahdağ” klubunun 5 №-li
futbolçusu Qvanzar Məhəmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400
manat cərimə olunur (maddə 42.3). Oyun başa çatdıqdan sonra “Şahdağ” klubunun baş məşqçisi
Kamran Əlibabayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 500
manat cərimə olunur (maddə 42.4).
Oyun
başa çatdıqdan sonra “Şahdağ” klubunun 9 №-li futbolçusu Sərxan Ağayev qeyri-etik
hərəkətə görə (dəyişiklik tablosunu ayaqla sındırdığına görə) 3 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə
42.1).
|