![](uploads/azalyeni.jpg) Bakının AZAL klubunun qol seriyası qırılıb. Topaz Premyer Liqasında ardıcıl 19
oyun meydanı qol vurmadan tərk etməyən Vaqif Sadıqovun yetirmələri 8-ci turun
“Rəvan”la görüşündə rəqib qapısına yol tapa bilməyib.
Sonuncu dəfə ötən çempionatın 20-ci turunda, fevralın
16-dakı qarşılaşmada (0:2) “Bakı”nın qapısına qol vura bilməyən AZAL bundan
sonrakı 19 qarşılaşmada 42 dəfə rəqib qapıçılarını məyus etmişdi.
Bakılılar bununla da klub tarixinin ən yaxşı nəticəsini –
2007-ci ildə ardıcıl 10 oyun qol vurmaq rekordunu təxminən 2 dəfə
yaxşılaşdırıb. Mütləq rekord isə 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol vuran “Turan”a məxsusdur.
“Şəmkir” 28 oyunluq seriya ilə 2-cidir. “Neftçi” və “Kəpəz” ardıcıl 25 matçda
qol sevinci yaşayıb. Sonuncu 2 komandanın hərəsi daha 2 dəfə uğurlu seriyası ilə
diqqət çəkib. Bakılılar 22 və 19, Gəncə təmsilçisi 23 və 21 qarşılaşmada bunu
bacarıb.
Qeyd edək ki, AZAL-ın seriyasının qırılmasından sonra yalnız 1 komanda –
“İnter” cari mövsüm bütün oyunlarda qol sevinci yaşayıb.
|