![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 8-ci turu mövsümün antirekordu ilə
əlamətdar olub. Belə ki, turun 5 oyununda cəmi 2 qol vurulub. Bu qollar “Xəzər
Lənkəran” – “İnter” və “Bakı” – “Sumqayıt” matçlarına təsadüf edib. Müvafiq
olaraq qonaqlar və meydan sahibləri 1 qolla 3 xal qazanıblar. Digər 3 görüşdə isə
qol vurulmayıb. Bu nəticə mövsümün ən aşağı məhsuldarlığıdır. Bunadək ən az məhsuldarlıq
olan turda 10 qol vurulmuşdu.
tur
|
oyun
|
qol
|
məhsuldarlıq
|
1
|
5
|
15
|
3,00
|
2
|
5
|
14
|
2,80
|
3
|
5
|
14
|
2,80
|
4
|
5
|
11
|
2,20
|
5
|
5
|
10
|
2,00
|
6
|
5
|
16
|
3,20
|
7
|
5
|
11
|
2,20
|
8
|
5
|
2
|
0,40
|
cəmi
|
40
|
93
|
2,33
|
Mövsümün daha 1 antirekordu isə qol vurulmayan oyunların sayında qeydə alınıb.
“Neftçi” – “Qarabağ”, “Simurq” – “Qəbələ” və “Rəvan” – AZAL görüşləri qolsuz
bitib. Əvvəlki 7 turda cəmi 4 oyun qolsuz başa çatmışdı. 2-ci və 4-cü turların
hərəsində 1, ötən tur isə daha çox – 2 qarşılaşma 0:0 hesabı ilə nəticələnmişdi.
Bu dəfə isə yeni antirekord qeydə alındı.
|