![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 8-ci turunun son oyununda “Rəvan”
“Bayıl Arena”da AZAL-la qarşılşadı. Komandaların səylərinə baxmayaraq,
qarşılaşmada hesab açılmadı - 0:0.
Vladislav Qədirov, “Rəvan” klubunun baş məşqçisi: “Komandama
inanıram. Bu gün əsas məqsəd məğlub olmamaq idi. Hər iki komanda ehtiyatlı
oynadı. Vurulan bir qol oyunun taleyini həll edə bilərdi. Oyundan öncə AZAL
daha rahat görünürdü, xal ehtiyatları bizimlə müqayisədə daha çoxdu. Hər iki
komandanın qol vurmaq şansları oldu”.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Komandalar qələbə qazanmaq üçün mübarizə aparırdı. Fikrimcə, heç-heçə ədalətli nəticə
idi. Ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. 4 gün sonra “Simurq”la
çox çətin oyunumuz var. Bugünkü oyundan razı qaldım”.
|