![](http://www.pfl.az/uploads/tpl.jpg) Topaz Premyer Liqasının 8-ci turunda “Qəbələ” “Simurq”un
qonağı oldu. “Şəfa” stadionunda keçirilən oyunda nominal ev sahibi olan
zaqatalalılar ilk hissədə kapitan İlkin Qırtımovun qırmızı vərəqə alması ilə
azlıqda qalsalar da, oyunu heç-heçə başa vurmağı bacardı.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyuna yaxşı
başladıq. Rəqibimiz çempionatın liderlərindəndir, güclü komandadır. İlk hissədə
aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi. Azlıqda qalmağımıza
baxmayaraq, komanda yaxşı oynadı. Rəqibə qarşı əks-hücumlarda oynadıq. İkinci
hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük. Komandama
mübarizəyə görə təşəkkür edirəm”.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Həm müdafiədə,
həm də hücumda yaxşı oynadıq, qol imkanlarımız oldu. Təəssüf ki, hücumlarda son
vuruş çatışmırdı. Bütün hücumçularımızdan istifadə etdik, lakin lazım olan qolu
vura bilmədik. “Simurq” çempionatda ən az qol buraxan komandalardandır.
Qarşıdakı oyunlara hazırlaşacağıq”.
|