Topaz
Premyer Liqasının 8-ci turunun mərkəzi oyunu olan “Neftçi” – “Qarabağ”
qarşılaşmasında tərəflərin səylərinə baxmayaraq hesab açılmadı – 0:0.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Bu cür oyunda
yalnız qol çatışmadı. Oyunun sonuna kimi komandalar tempi aşağı salmadı.
Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi. Qol epizodları da
yaratdıq, səhvlərimiz də oldu. Daha da yaxşı oynamağa çalışacağıq”.
Tərlan
Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Komandalar əzmkar oyun göstərdi, meydanda
əsl mübarizə var idi. Komandalarımız arasındakı oyunlar milli çempionatlar
tarixində həmişə gərgin keçir. Hər iki komandanın qol imkanları oldu. Bir xal
da bir nəticədir. Qarşıda 28 tur var, bugünkü oyunu unudub, qarşıdakı turları
düşünməliyik”.
|