![](uploads/fcb.jpg) Topaz
Premyer Liqasının 8-ci turunda “Bakı” doğma meydanda “Sumqayıt” klubu ilə
qarşılaşdı. İkinci hissədə komandasına qələbəni gətirən qolu vuran Mindauqas
Kalonas həm də mövsümün ən sərrast futbolçuları sırasında vahid lider oldu – 1:0.
Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyun maraqlı alındı. Komandamın
oyunu məni qane etsə də, nəticədən razı qala bilmərəm”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Qalib gəldiyimiz üçün şadam. Çətin qələbə
qazandıq. “Sumqayıt” yaxşı komandadır, klubun rəhbərliyini bu cür komanda
yaratdığı üçün təbrik edirəm. “Qəbələ”yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi”
ilə heç-heçə etdilər. İlk hissədən sonra komandam özünü itirmədi, 90 dəqiqə səbrlə
oynadıq və bizə lazım olan qolu vurduq. Bu cür oyunlar minimal hesabla başa
çatır. Ötən mövsüm “Sumqayıt” komandamızdan 4 xal almışdı”.
|