![](uploads/inter.jpg) Topaz Premyer Liqasının 8-ci turuna “Xəzər Lənkəran” – “İnter”
qarşılaşması ilə start verildi. Gərgin idman mübarizəsində keçən oyun qonaq
komandanın 1-0 hesablı qələbəsi ilə başa çatdı.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Mövsümə uğurlu başlamamışdıq,
təsəvvürümüzə də gətirməzdik ki, belə nəticələrlə qarşılaşacağıq. Komandanı şokdan ayıltmaq üçün qələbə və
bərabərliklər lazımdır. Turnir cədvəlində son sıralarda qalmışıq. Ötən tur “Bakı”
ilə heç-heçə etdik, bu gün isə “Xəzər Lənkəran”ı məğlub etdik. Özümüzə gəlmək və
mövqeyimizi yaxşılaşdırmaq üçün bu qələbə lazım idi. Maraqlı oyun oldu, “Xəzər
Lənkəran”dan səfərdə 3 xal aldığımız üçün şadam”.
Con
Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Erkən qol “hədiyyə”si etdik.
Hesabda geri düşdükdən sonra isə rəqib qapısına doğru hər tərəfdən hücumlar təşkil
etsək də cəhdlərimiz bir nəticə vermədi. “İnter” erkən qol vurub müdafiəyə qapandı.
İstədiyimiz oyunu göstərə bilmədik, meydança bərbad vəziyyətdə idi”.
|