![](uploads/DSC_3613.jpg) Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu
və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən “Azerİnteltek”
şirkətinin idarə heyətinin sədri Ahmet Sezer fikirlərini bildirmişdir: “Keçən
ilin bu günlərində Azərbaycan Premyer Liqasının baş sponsorluğu haqqında
müqavilə imzaladıq. Ötən bir ildə qarşımıza qoyduğumuz məqsədlərə çatdığımızı
düşünürəm. Premyer Liqanın sponsoru olaraq, müəyyən öhdəliklərimiz var. Orta
hesabla hər həftə 4 oyun televiziya vasitəsi ilə canlı yayımlanıb. Azarkeş kütləsi
azalır deyirlər, amma digər tərəfdən ölkə çempionatına maraq artır. Bizim
müşahidələrimizə görə ciddi azarkeş artımı var. PFL rəhbərliyi ilə birlikdə idmanın
inkişafı yolunda müzakirələr aparır, ölkədə idmanın təbliğinə çalışırıq. Müxtəlif
yayım qurumlarında da Topaz Premyer Liqasının oyunlarını yayımlamağı düşünürük.
Bu zaman isə həm klublar, həm də tərəflər əlavə vəsait qazanacaqlar. Topaz
olaraq Azərbaycanın idmanına dəstək veririk və gələcəkdə də verəcəyik. Qarşımızdakı
futbol mövsümü hamımız üçün uğurlu olsun. İlk gəldiyimdə sadə vətəndaşlar çempionatda
çıxış edən futbolçuların adlarını bilmirdilər, klublar yayıma görə televiziyaya
pul ödəyirdilər. İndi isə vəziyyət tam fərqlidir. Biz idman iqtisadiyyatını
inkişaf etdirmək üçün gəldik. Yayım, bilet satışı və maraq artdıqca, idman da
inkişaf edəcək”.
|