27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Ramin Musayev: “Mövsümün sonuna kimi daha böyük layihələr həyata keçirəcəyik”      2013-09-25

Topaz Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirmişdir: “Uzun fasilədən sonra həm Topaz rəhbərliyi, həm də KİV nümayəndələri ilə yenidən görüşdük. Topaz-la əməkdaşlığa başladığımız gündən bu günə kimi razılığımızı bildiririk. Oyunların yayım hüququ Topaz-a veriləndə bizi tənqid edənlər də oldu. Lakin, elə turlar oldu ki, bütün oyunlar canlı yayımlandı. Hal-hazırda, orta hesabla 3-4 oyun televiziya vasitəsi ilə canlı göstərilir. Klublar bir sıra hallarda canlı yayımdan imtina edir, bunu azarkeş kütləsini itirməkləri ilə bağlayırlar. Yersiz tənqidlərə önəm vermirik, səhvimiz olanda isə bunu bizə bildirməyiniz müsbət haldır. Bir neçə KİV nümayəndəsinin müəyyən təkliflərini qəbul edib, həyata keçirdiklərimiz də olub. Əsas məqsədimiz Azərbaycan futbolunun inkişafıdır. Çalışırıq ki, heç bir komandaya qarşı haqsızlıq olmasın. Buna baxmayaraq, boş söz-söhbətlər çoxdur. Bir nəfər desin ki, PFL kiməsə qarşı haqsızlıq edib. Öz vəzifəsini icra edə bilməyənlər haqqında tədbir görülür. İşini bacarmayanla yollarımızı ayırırıq. Topaz-la 1 ildir ki, çalışırıq, bizim tərəfimizdən heç bir narazılıq yoxdur. Topaz-ın futbolun inkişafı üçün öz töhfəsi var. Hər şey pulla həll olunmur. İnanıram ki, mövsümün sonuna kimi daha böyük layihələr həyata keçirəcəyik. Yayım hüququ ilə bağlı indidən növbəti mövsüm üçün təklif almışıq. Bunda KİV nümayəndələrinin də zəhməti var. İstədiyimiz məbləği alacağımız təqdirdə KİV nümayəndələrinə də müəyyən ödənişlər olacaq”.

““Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən qalmaqal həddindən artıq şişirdilib. Azarkeşlər arasında yaranan narazılıqda xəsarət alan olmursa, bu, qalmaqal deyil. Türkiyə çempionatının son turunda “Beşiktaş” – “Qalatasaray” oyununda baş verənləri yerli azarkeşlər az qala bayram kimi qiymətləndirdilər. Lakin bizə görə, bu, yaxşı hal deyil. Polisin və azarkeşin üstünə gedə bilmərik, mən qalmaqal əleyhinəyəm. Futbola gələn insan burada istirahət etməlidir. Rəqib komandanın azarkeşi ilə 90 dəqiqə rəqib olmaq lazımdır. Azarkeşlərlə, fanatlarla düzgün iş qurulmur, klub rəhbərləri ilə mütəmadi görüşlər keçirmirlər. “Xəzər Lənkəran”-ın ev oyunlarını azarkeşsiz keçirməsinə qarşı çıxdım. 5-10 nəfərə görə azarkeşləri futboldan küsdürmək olmaz. Azarkeşlik təhqirdən kənar olmalıdır. Oyunsonrası mətbuat konfranslarına bəzən komandaların baş məşqçiləri gəlmir. Belə olan halda, İntizam Komitəsi onları cərimələyir. Mətbuat konfranslarında sual verilməsinə çətinlik törədildiyini ilk dəfə eşidirəm”.

“Klublardan şikayət gəldi-gəlmədi, PFL hər turun bütün oyunlarıınn videoyazısını izləyir. Hakim səhv edibsə, buna görə cəzasını alır. Çox vaxt uduzan komanda günahı hakimdə görür. Hakimlərin tərəfini saxlamaq fikrim yoxdur. Hakim səhvi olmayan heç bir çempionat yoxdur. Çalışırıq ki, heç bir halda qərəz olmasın. Premyer Liqada çıxış edən 10 komandanın hamısı bizim üçün eynidir. Sponsorların qarşısında bəraət qazanmaq üçün məsuliyyəti bizim üzərimizə atırlar. İstədiyiniz hər hansı bir mübahisəli epizod bizdə var. Günahkarlar barəsində mütləq ölçü götürülür. 8 baş hakimin hamısına derbi oyunların idarəçiliyini verə bilmərik. Gələcəkdə daha gənc hakimlərə şans veriləcək, gəncləşdirmə siyasəti aparılacaq. I Divizion və əvəzedicilərdə oyun idarə edən bəzi hakimlərə Premyer Liqada oyun idarəçiliyi şansı yaradacağıq. 8 baş hakimdən 4-ü işindən uzaqlaşdırılarsa, bu halda xaricdən hakim dəvət etmək haqqında düşünə bilərik. Bizim tərəfimizdən Super Kubok üçün hər şey hazırdır. Klublar üçün uyğun gün gözləyirik”.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: