![](uploads/DSC_3645.jpg) Topaz
Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi
mükafatlandırılmışdır. KİV nümayəndələri arasında keçirilmiş sorğunun nəticələrinə
əsasən “Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov avqust ayının ən yaxşı
oyunçusu seçilmişdir. www.pfl.az saytında
keçirilmiş sorğunun nəticələrinə əsasən isə AZAL-ın amerikalı futbolçusu Con
Olureminin 4-cü turda vurduğu qol ötən ayın ən gözəl qolu seçilmişdir. Qaliblərə
Topaz-ın pul mükafatı və PFL-in xüsusi hədiyyəsi təqdim edilmişdir. Con Oluremi, AZAL klubu: “Amerika çempionatından Azərbaycana
gəldim, mənim üçün çempionatlar arasında çox böyük fərq var idi. Son illərdə
inkişaf göz qabağındadır, bütün Dünyada futbol günü-gündən dəyişir”. Cavid Hüseynov, “Bakı” klubu: “Əvvəlki illərə baxanda
bu mövsüm daha yaxşı təsir bağışlayırıq. Mükafat yerlərindən birini tutaraq
Avropada daha uğurlu çıxış etmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.
Həm yerli, həm də legioner futbolçuların səviyyəsi çox yaxşıdır. Bu mövsüm nəticə
əldə edəcəyimizə inanıram”.
KİV sorğu nəticələri
|