![](uploads/nildothe-best.jpg) Topaz
Premyer Liqasında 7-ci turun rəmzi komandası məlumdur. InStat Football şirkətinin
Peşəkar Futbol Liqasına təqdim etdiyi turun analitik göstəricilərinə əsasən ötən
turun rəmzi komandasına aşağıdakı futbolçular daxil edilib:
Qapıçı
– Pavel Kapsa (Simurq)
Müdafiəçilər:
Vanderson Skarduelli (Xəzər Lənkəran), Bədavi Hüseynov (Qarabağ), Denis Silva
Kruz (Neftçi), Maksim Medvedev (Qarabağ)
Yarımmüdafiəçilər:
Leonardo da Silva (Qəbələ), Qara Qarayev (Qarabağ), Əfran İsmayılov (Bakı),
Sadio Tounkara (Xəzər Lənkəran)
Hücumçular:
Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ)
Turun
ən yaxşı oyunçusu “Xəzər Lənkəran”ın hücumçusu Junior Nildodur. “Qəbələ”nin
yarımmüdafiəçisi Leonardo da Silva rəqib qapısına ən çox zərbə endirən
futbolçudur. “Rəvan”ın serbiyalı yarımmüdafiəçisi Miloş Adamoviç isə komanda
yoldaşlarına ötən turda ən çox ötürmə verən oyunçudur. “Neftçi”nin braziliyalı
müdafiəçisi Karlos Kardoso hava mübarizələrində hamıdan güclü olub. Topaz Premyer Liqası, 7-ci turun statistikası
|