![](uploads/divizion.jpg) Futbol
üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişiklik edilmişdir. “Neftçala” və “Lokomotiv”
klubları arasında 28 sentyabr tarixində keçirilməli olan oyun 29 sentyabrda “Bakı”
FK-nın təlim-məşq bazasında baş tutacaq. Buna səbəb N.Nərimanov adına Neftçala
şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidir. Bu komandalar
arasında ikinci dövrənin 29-cu turunun “Lokomotiv” – “Neftçala” oyunu isə N.Nərimanov
adına Neftçala şəhər stadionunda baş tutacaq.
|